BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir

media-ads_728_90

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin azaldılması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

“TV1” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə atmosferə atılan zərərli maddələrin miqdarına nəzarət olunur, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılır, aşkar edilən nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək bildirir ki, nəqliyyat vasitələrinin texniki sazlığı yalnız yol hərəkəti təhlükəsizliyi baxımından deyil, həm də ətraf mühitin qorunması və insanların sağlamlığının mühafizəsi üçün mühüm əhəmiyyət daşıyır.

Unutmayaq ki, təmiz hava sağlam həyatın, ekoloji məsuliyyət isə yüksək yol mədəniyyətinin göstəricisidir.

media-ads_728_90
Paylaş