Ceyranbatan qəsəbəsində şagirdlər zəhərlənib
Bu gün Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.
“TV1” xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən məlumat verilib.
Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.








