İlk köç karvanı Cəbrayıl şəhərinə çatıb
Bu gün yola salınan ilk köç karvanı Cəbrayıl şəhərinə çatıb.
“TV1” xəbər verir ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.