İndoneziyada güclü zəlzələ olub
İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, zəlzələnin episentri təxminən 188 min nəfər əhalisi olan Labuan-Baco şəhərindən 175 kilometr şərqdə yerləşib.
Zəlzələ ocağı 36 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Sunami təhlükəsi elan olunmayıb.








