İndoneziyada güclü zəlzələ olub - Ölənlərin sayı 20 nəfərə çatıb

media-ads_728_90

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

“TV1” xəbər verir ki, altı nəfərin xəsarət aldığı və iki nəfərin dağıntılar altında qaldığı bildirilib.

Yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.

Qeyd edək ki, İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ baş verib. İlkin təkandan sonra çoxsaylı afterşoklar qeydə alınıb. Zəlzələnin episentri 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, episentri 35 km dərinlikdə yerləşib. Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.

media-ads_728_90
Paylaş