İngiltərədə təyyarə qəzaya uğrayıb, ölənlər var

media-ads_728_90

Esseks qraflığında (İngiltərənin cənub-şərqi) yüngül mühərrikli təyyarə tarlada qəzaya uğrayıb, nəticədə iki nəfər həlak olub.

“TV1” xəbər verir ki, BBC-nin məlumatına görə, qısa uçuş həyata keçirən ikiyerlik “Cessna” təyyarəsi qəza keçirib.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilməyib. Təyyarə Nort-Uild aerodromundan havaya qalxıb.

Qəzanın səbəbləri aydınlaşdırılır.

media-ads_728_90
Paylaş