İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir

media-ads_728_90

İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi bu həftə Azərbaycana səfərə gəlir.

“TV1” xəbər verir ki, o, səfər çərçivəsində iyulun 8-də azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.

Xatırladaq ki, Ceyhun Bayramov və Əymən Əs-Səfadi arasında görüş bu ilin aprelində Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

media-ads_728_90
Paylaş