İran ABŞ-ın hava bazasına zərbə endirib
İran Bəndər Abbas yaxınlığında həyata keçirilən hücuma cavab olaraq ABŞ-a məxsus aviabazaya zərbə endirib.
“TV1” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH bəyan edib ki, ABŞ tərəfindən ediləcək istənilən növbəti hücumlara daha sərt və qəti cavab veriləcək.
Bəyanatda həmçinin qeyd olunub ki, baş verən hadisələrin nəticələrinə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.








