İran ABŞ qarşısında suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq – XİN
İran ABŞ-nin ötən gecəki hərbi hücumlarını kəskin şəkildə qınayır və öz müstəqilliyi, suverenliyi və ərazi bütvlüyünü qətiyyətli şəkildə qoruyacağını qeyd edir.
“TV1” xəbər verir ki, bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
“Ötən gecə ABŞ İranın ərazi bütövlüyü və suverenliyini pozaraq bir neçə qeyri-hərbi məkana, xidmətlər göstərən infrastrukturlara, o cümlədən Xuzistan, Sistan və Bəluçestan, Hörmüzqan və Kirman vilayətlərində kommunikasiya qovşaqlarına hücum həyata keçirib. Nəticədə bir qrup İran vətəndaşı ölüb və yaralanıb, dövlət və özəl əmlaka ziyan dəyib”, – deyə bəyanatda qeyd olunub.
İran XİN bildirib ki, ABŞ-nin Hörmüzqan vilayətinin Sirik rayonunda toy mərasiminə hücumunda 70-dən çox iranlı ölüb və yaralanıb. Mərasim iştirakçılarının əksəriyyəti qadın və uşaqlar olub. Bu hücum beynəlxalq hüquq normalarının açıq-aşkar şəkildə pozulması və ötən 1,5 il ərzində ABŞ və İsrailin İrana qarşı hücumları və Minab və Lamerd hadisələrini xatırladır.
“Birləşmiş Ştatların hərbi hücumlarına reaksiya olaraq İran silahlı qüvvələri ölkə əleyhinə ABŞ-nin hərbi təcavüzünə dəstək olan hərbi bazalarına zərbələr endirib”, – deyə bəyanatda qeyd olunub.
Bəyanata görə, İran region ölkələrindən ABŞ-nin onların ərazi və imkanlarından istifadə edərək İran əleyhinə hücumlar həyata keçirməsinin qarşısını almaqla regionda müharibə alovunun davam etməsi və yayılmasına mane olmalarını istəyir.
“İran BMT, xüsusilə də Təhlükəsizlik Şurası və BMT baş katibindən təşkilatın nizamnaməsinə uyğun öz vəzifələrini yerinə yetirmələrini xatırladır. Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən nizamnamənin prinsiplərinin pozulması qarşısında BMT qurumlarının sükutu və praktiki addımlar atmaması BMT-nin imicinə zərbə dəyməsi və beynəlxalq sülh və təhlükəsizlik təhdidinin artması ilə nəticələnir”, – deyə bəyanatda qeyd edilib.








