İran Hörmüzlə bağlı şərtlərdən ibarət siyahını hazırlamağa razılaşıb

media-ads_728_90

İran Hörmüz boğazında hərəkətin bərpası üçün şərtlərdən ibarət siyahını hazırlamağa razılaşıb.

“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Keçmişdə İranın şərtləri arasında ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması, kompensasiya ödənilməsi və sanksiyaların götürülməsi olub. İranın bu tələbləri ABŞ tərəfi üçün məqbul olacaq şəkildə dəyişdirmək niyyətində olub-olmadığı hələlik aydın deyil”, – deyə nəşr qeyd edib.

Nəşrin məlumatına görə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Tehrana səfəri zamanı yüksək vəzifəli İran rəsmiləri ilə görüşündə beynəlxalq hüquqa uyğun olaraq Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi daha sonra bildirib ki, İran müttəfiqlərinin çağırışını təmin etmək üçün bir sıra şərtlər hazırlayacaq.

media-ads_728_90
Paylaş