İran Məkkə sazişinə qoşulurmu? - Rəsmi Açıqlama

media-ads_728_90

Tehran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə qoşulmaq üçün rəsmi dəvət almayıb.

“TV1” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, İranın sözügedən sazişə dəvət edilməsi barədə xəbərləri təkzib edib.

Qeyd edək ki, İran parlamentinin rəsmi xəbər agentliyi “Xanə Mellat”ın rəhbəri Mehdi Rəhimi İranın Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağa dəvət edildiyini bildirmişdi.

media-ads_728_90
Paylaş