İrana qalib gəldiyimiz zaman neftin qiyməti kəskin şəkildə düşəcək - TRAMP
ABŞ prezidenti Donald Tramp bildirib ki, “İranla müharibədə qalib gəldiyimiz zaman neftin qiyməti digər qiymətlər kimi, hətta daha kəskin şəkildə düşəcək”
“TV1” “Haber Global”ə istinadən xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Neftin qiyməti, demək olar ki, hər şey kimi, sürətlə aşağı düşür. İranla müharibədə qalib gəldikdən sonra isə daha da aşağı düşəcək”, – Tramp qeyd edib
Tramp benzinin bir qallonunun qiymətinin 3 dollara qədər endiyini, lakin son nəticədə 2 dollardan da aşağı düşəcəyini iddia edib.
ABŞ Prezidenti paylaşımında İranın nüvə silahına sahib olmayacağını da vurğulayıb.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq” – Ağ ev rəhbəri vurğulayıb.








