İranın Buşehr vilayətində iki hərbi obyekt vurulub
Bu gün İranın cənubunda yerləşən Buşehr vilayətində ABŞ hərbi hücumu nəticəsində iki hərbi obyekt vurulub.
“TV1” yerli KİV-ə istinadən xəbər verir ki, bunu İranın Buşehr vilayəti valisinin müavini Ehsan Cahanian deyib.
“İranın Buşehr vilayətinin Çoğadək şəhəri ətrafında bir hərbi mərkəz vurulub. Gecə saatlarında da Dəşti rayonunda bir hərbi mərkəz ABŞ hücumu nəticəsində vurulub”, – deyə o bildirib.
Valilik rəsmisi qeyd edib ki, indiyə qədər qeyd olunan hücumlar nəticəsində ölənlər haqda məlumat qeydə alınmayıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) verdiyi açıqlamada qeyd edib ki, komandanlığın qüvvələri iyulun 7-də İrana qarşı növbəti hücum əməliyyatını başa çatdırıb və İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə son hücumlarına dərhal cavab olaraq yüksək dəqiqlikli sursatlarla 80-dən çox hədəfi vurub.
İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə tutduğunu bildirib.








