İranla danışıqlar prosesi ilə bağlı Ağ Evin AÇIQLAMASI
ABŞ Prezidenti Donald Trampın administrasiyası hələlik İranla münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı danışıqlar aparmır.
“TV1” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Hazırda danışıqlar aparılmır. Prezident onların danışıqlar masası arxasına əyləşməyə və ciddi müzakirələr aparmağa hazır olduqlarını hiss edənədək vəziyyət belə davam edəcək”, – deyə o, “Fox News” telekanalının efirində bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab bəhanəsi ilə İran ərazisinə bir neçə seriya zərbə endirib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin ləğv edildiyini açıqlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.








