İrpen şəhəri raketlə vurulub, dağıntılar var
Rusiya ordusunun oktyabrın 19-u səhər saatlarında Kiyev vilayətinin İrpen şəhərinə endirdiyi raket zərbəsi nəticəsində yaşayış binalarına, avtomobillərə ziyan dəyib.
“TV1” xəbər verir ki, raket zərbəsi nəticəsində İrpendə müəssisələrin birində ciddi dağıntılar qeydə alınıb. Hava zərbəsi nəticəsində İrpendə azərbaycanlılar yaşayan bəzi binalara da ziyan dəyib.
Akademik Zərifə Əliyeva adına 12 saylı İrpen Humanitar “Linqvist” liseyinin direktor müavini Xəyyam Dünyamalızadə AZƏRTAC-a bildirib ki, raket yaşadığı binaya yaxın əraziyə düşüb, nəticədə evin pəncərələri sınıb, ətraf yaşayış binalarına ziyan dəyib.
X.Dünyamalızadə orta məktəbə, həmçinin akademik Zərifə Əliyevanın adını daşıyan parka və görkəmli oftalmoloqun heykəlinə ziyan dəymədiyini bildirib.








