İsmayıllıda iki avtovobil toqquşub - Ölənlər var
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır qəza olub.
“TV1” xəbər verir ki, rayon ərazisində “Hyundai” və “”Lynk & Co” markalı avtomobillər toqquşub.
Nəticədə “Hyundai”da olan 2 nəfər həyatını itirib. 6 nəfər xəsarət alıb.
Xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.








