İsmayıllıda zəlzələ olub

media-ads_728_90

İsmayıllı rayonunda zəlzələ olub.

“TV1”  xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda qeydə alınıb.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində – Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub.

media-ads_728_90
Paylaş