İspaniyada miqrantlarla hərbçilər arasında qarşıdurma olub – 4 əsgər yaralanıb

media-ads_728_90

İspaniyanın muxtar şəhəri Seutada bir qrup hərbçiyə hücumdan sonra azı 12 miqrant saxlanılıb.

“TV1” xəbər verir ki, bu barədə “El Faro de Ceuta” portalı məlumat yayıb.

Portalın məlumatına görə, hadisə nəticəsində dörd hərbçi xəsarət alıb. İnsident yerli vaxtla saat 05:30 radələrində Seuta komandanlığının hərbçiləri zirehsiz avtomobillə müşahidə məntəqəsinə gedərkən baş verib.

30-40 miqrantdan ibarət qrup onlara pusqu quraraq avtomobili iri daşlarla atəşə tutub. Hərbçilər avtomobili tərk edərək qaçmağa məcbur olublar. Bu zaman hücum edənlər onları təqib edib, zərbələr endirməyə və daş atmağa davam ediblər. Nəticədə hərbçilərin kürək və qollarından xəsarət aldığı bildirilir.

Təcili yardım xidmətinə məlumat verildikdən sonra hadisə yerinə milli polis və Mülki Qvardiyanın bölmələri göndərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələndə hücum edənlər qaçmağa cəhd göstərib. Onlardan bir qismi dənizə atılıb. Hazırda onların axtarışı davam etdirilir.

media-ads_728_90
Paylaş