İsrail Qəzzadan fələstinlilərin əksəriyyətinin köçürülməsinə hazır olduğunu açıqlayıb
İsrail Qəzzada müharibədən sonrakı dövr üçün yerli əhalinin kütləvi şəkildə köçürülməsini ən yaxşı həll yolu hesab edir və fələstinlilərin anklavdan təşkil edilmiş şəkildə çıxarılması üçün şərait yaratmağa hazırdır.
“TV1” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats “The Times of Israel” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu planın həyata keçirilməsi üçün ABŞ Prezidenti Donald Trampın razılığı gözlənilir. Kats Qəzzada vəziyyətin həlli üçün fələstinlilərin köçürülməsinin zəruri olduğunu iddia edib.
Nazir bildirib ki, İsrail hökuməti fələstinlilərin Qəzzadan dəniz, hava və digər yollarla çıxarılmasını təşkil etməyə hazırdır. O, Trampın 2025-ci ilin fevralında Qəzza əhalisinin köçürülməsi ilə bağlı irəli sürdüyü planın ləğv edilmədiyini, sadəcə olaraq həyata keçirilməsinin dayandırıldığını və müzakirələrin davam etdiyini söyləyib.








