İstanbul bələdiyyəsinə qarşı yeni əməliyyat: 12 şübhəli saxlanılıb

media-ads_728_90

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində daha 13 şübhəlinin saxlanılması qərarı verilib.

“TV1” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, onlardan 12-si artıq saxlanılıb, xaricdə olduğu müəyyən edilən 1 nəfərin isə məsuliyyətə cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Saxlanılan şəxslər tenderlərə müdaxilə və dövlətə zərər iddiaları üzrə istintaqa cəlb olunub.

Qeyd edək ki, bundan öncə də İstanbul Böyükşəhər Bələdiyyəsində əməliyyatlar keçirilib. Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra qurumda müxtəlif postlarda olan vəzifəli şəxslər saxlanılıb, korrupsiya ilə əlaqədar 10-dan çox şirkətin hesablarına həbs qoyulub.

media-ads_728_90
Paylaş