İstanbuldakı sel fəlakəti: Ölənlərin sayı 10-a çatıb
Türkiyənin İstanbul şəhərində baş vermiş sel fəlakətindən sonra Haliç ərazisində həyata keçirilən axtarış tədbirləri zamanı daha bir nəfərin cəsədi tapılıb.
“TV1” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, aşkarlanan cansız bədənin sel suları nəticəsində itkin düşmüş Əhməd Dərinə aid ola biləcəyi ehtimal olunur.
Bununla da, Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakəti səbəbindən ölənlərin sayı 10-a çatıb.
Qeyd edək ki, oktyabrın 14-dən başlayan güclü leysan səbəbindən İstanbul son 83-84 ilin ən şiddətli sel fəlakəti ilə üz-üzə qalıb.








