İstanbulun bir hissəsini su basıb
Türkiyənin İstanbul bölgəsinə yağan leysan nəticəsində küçələri su basıb, nəqliyyatın hərəkətində çətinlik yaşanıb.
“TV1” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, İstanbulun Beşiktaş, Fatih, Şişli, Bakırköy, Sultangazi və Kağıthane rayonlarında göy guruldayıb, leysan yağıb. Nəticədə güclü yağışın təsiri ilə yollarda gölməçə yaranıb, piyada keçidlərini su basıb.








