İtaliya yollarında sürətə nəzarət edən kameralar söndürülür
İtaliyanın avtomobil yollarında sürətə nəzarət edən 850 kameranın söndürülməsi haqda bu ölkənin nəqliyyat nazirliyi qərar qəbul edib. Beləliklə, sürət həddini aşmağa görə minlərlə cərimənin yazılmasının qarşısı alınacaq. Bunun səbəbi avtomobil sürücüləri tərəfindən cərimələrin əsassız olduğu barədə udduqları məhkəmə işlərinin say çoxluğudur.
“TV1” xəbər verir ki, İtaliyada quraşdırılmış 4 min videokameradan 3150 ədədi 2017-ci ildən sonra istehsal olunduğu üçün Tutor sistemli 850 köhnə model kameralar uyğunsuz hesab edilib.
Bununla yanaşı, aidiyyəti tənzimləyici orqan sürücələri yollarda ehtiyatlı olmağa, sürət həddini gözləməyi çağırış edib.
Xatırladaq ki, vətəndaşların xahişlərini nəzərə alaraq Estoniyada sürət ölçən mobil radarların 3/2 hissəsi söndürülüb. Sürücülər xırda xətalara və cüzi sürət artımına görə əlavə cərimələrdən azad ediliblər.
Böyük Britaniyanın bəzi regionlarında və Kanadanın Ontario əyalətində yollarda kameraların sökülərək sürət həddini azaltmaq üçün yolüstü maneələr və işıqforlardan istifadəsinə üstünlük veriblər. Bu isə avtomobil sürən vətəndaşların əlavə cərimələrdən azad edilməsinə hesablanıb.
Yeri gəlmişkən bildirək ki, Avropada sürət həddi olmayan yol Almaniya ərazisində avtobanın Berlin və Hamburq şəhərlərini birləşdirən 150 kilometrlik hissəsidir.








