Kanar adaları yolunda faciə: 80-dən çox miqrant həyatını itirib

media-ads_728_90

Qambiyadan Kanar adalarına yola çıxan qayıqda 80-dən çox miqrant həyatını itirib.

“TV1” xəbər verir ki, , qayıq avqustun 7-də Qambiyadan 128 nəfərlə yola çıxıb. Sentyabrın 2-də Böyük Kanariya adasının təxminən 100 kilometrliyində aşkarlanan qayıqdan 44 sağ qalan şəxs və 5 nəfərin meyiti çıxarılıb.

Sərnişinlərin dörd həftə dənizdə qaldığı və sağ qalanların ciddi şəkildə zəiflədiyi bildirilir. Onların Qambiya və Mali vətəndaşları olduğu qeyd edilir.

Kanar adalarına aparan Atlantik marşrutu Avropaya gedən ən təhlükəli miqrasiya yollarından biridir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2025-ci ildə bu marşrutda 1214 miqrant ölüb və ya itkin düşüb. 2026-cı ilin əvvəlindən isə Qərbi Afrika və Atlantik marşrutunda 345 ölüm və itkinlik qeydə alınıb.

media-ads_728_90
Paylaş