Kərkükdə güclü partlayış törədilib - ölənlər var

media-ads_728_90

İraqın Kərkük əyalətində güclü partlayış törədilib. Terrorçular kustar üsulla hazırlanmış partlayıcı qurğunu işə salıb.

“TV1”  xəbər verir ki, Ərəb mediasının yazdığına görə, insident nəticəsində yerli briqada generalı daxil olmaqla 2 hərbçi həyatını itirib.

İraqın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor Yəhya Rəsul Abdullahın sözlərinə görə, həlak olanlar 11-ci piyada diviziyasının Rabitə İdarəsinin rəisi, briqada generalı Əhəd Yasir Xudeyr Hüseyn və zabit Mütəz Şəhid Abbasdır.

Hadisə Vadi-Zaqeytun ərazisində terrorçu qruplaşmanın sığınacağına endirilən aviazərbənin nəticələrinin araşdırılması zamanı baş verib. Hərbçilər daha əvvəl İŞİD terror təşkilatının üzvləri tərəfindən əraziyə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olublar.

İraq Müdafiə Nazirliyi silahlı qüvvələrin ölkədə terrorçu qruplaşmaların qalan qüvvələrinə qarşı əməliyyatları onların bütün ocaqları tamamilə ləğv edilənədək davam etdirəcəyini bəyan edib.

media-ads_728_90
Paylaş