Kiyevdə matəm elan ediliib - Rusiyanın zərbələri nəticəsində 13 nəfər ölüb

media-ads_728_90

Rusiyanın Ukrayna paytaxtına gecə saatlarında kütləvi zərbəsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar iyulun 3-ü Kiyevdə matəm günü elan edilib.

“TV1” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqram kanalında bildirib.

“İyulun 3-ü Kiyevdə düşmənin kütləvi hücumunun qurbanlarının xatirəsinə həsr olunaraq matəm günü elan edilib. Həmin gün şəhərin bütün kommunal binalarında bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda, dövlət binalarında da bayraqların yarıya qədər endirilməsi tövsiyə olunur”, – deyə o yazıb.

V.Kliçko, həmçinin bildirib ki, hücum nəticəsində xəsarət alanların sayı 86-ya çatıb, 13 nəfər ölüb:

“Paytaxtın Darnitski rayonunda zədələnmiş yaşayış binasında axtarış-xilasetmə əməliyyatı davam edir, orada dağıntılar altında insanlar qalmış ola bilər”.

media-ads_728_90
Paylaş