Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

media-ads_728_90

Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“TV1” xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko “Telegram” kanalında bildirib.

“Həkimlərin məlumatına görə, Rusiyanın paytaxta kütləvi hücumu nəticəsində artıq 15 nəfər həlak olub”, – deyə o qeyd edib.

xxx

Rusiya ordusunun avqustun 20-nə keçən gecədən Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 33 nəfər isə xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

O bildirib ki, avqustun 21-i Kiyevdə Matəm Günü elan edilib. Matəm Günü şəhərdəki bütün ictimai binalarda bayraqlar yarıya qədər endiriləcək, əyləncə tədbirləri qadağan edilib.

Hücumun nəticələrinin aradan qaldırılması işləri paytaxtın Solominski, Svyatoşin və Darnitski rayonlarında davam edir.

Qeyd edək ki, Kiyevə hava hücumları 9 saata yaxın davam edib.

media-ads_728_90
Paylaş