Kobaxidze WUF13-də iştirak etmək üçün Azərbaycana səfər edib

media-ads_728_90

Gürcüstan Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfərə yollanıb.

“TV1” xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

Kobaxidze tədbirdə çıxış edəcək.

Baş naziri səfərdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, daxili işlər naziri Sulxan Tamazaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edir.

media-ads_728_90
Paylaş