Köçəryan cəzaçəkmə müəssisəsinə köçürülüb
Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Qriqor Lusavoriç” xəstəxanasından buraxılaraq “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə köçürülüb.
“TV1” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan məlumat verib.
Xatırladaq ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib. R.Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb. İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib. Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıb.








