Köçəryana qarşı cinayət istintaqına başlanılıb - YENİLƏNİB/3

media-ads_728_90

Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 epizod) ittihamları üzrə açıq cinayət istintaqına başlanılıb.

“TV1” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə vəkil Aram Orbelyan bildirib.

O qeyd edib ki, hazırda müdafiə tərəfi ittihamla tanış olur.

xxx

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi üzrə aparılan istintaq çərçivəsində altı nəfər, o cümlədən sabiq prezident Robert Köçəryan, onun oğlu Sedrak və cinayət sxemləri ilə əlaqəli olduğu ehtimal edilən digər şəxslər saxlanılıb.

“TV1” xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işinin materiallarına əsasən, Robert Köçəryanın ona yaxın şəxslərlə əvvəlcədən əldə olunmuş razılaşma əsasında hərəkət edərək və öz qulluq mövqeyindən istifadə edərək, müxtəlif uydurma bəhanələrlə ictimai-iqtisadi əhəmiyyət kəsb edən bir sıra qiymətli daşınmaz əmlak obyektlərini dövlət mülkiyyətindən çıxardığı və bazar qiymətindən xeyli aşağı qiymətə əldə etdiyi barədə faktiki məlumatlar əldə edilib.

İbtidai istintaqın məlumatlarına görə, əmlakın faktiki mülkiyyət hüququnu və kriminal mənşəyini gizlətmək məqsədilə əlaqəli şirkətlərə verilib. Nəticədə əldə edilmiş daşınmaz əmlak tikinti və satış, üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirmə, o cümlədən bağışlanma yolu ilə satılıb.

İbtidai istintaq çərçivəsində 2001-2019-cu illər ərzində sabiq prezidentin oğlunun adına həyata keçirilmiş, ümumi məbləği təxminən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon rubl olan pul köçürmələri ilə bağlı hallar da öyrənilir. Bundan başqa, cinayət təqibinə cəlb edilmiş şəxslərə və onların ailə üzvlərinə məxsus olan, Ermənistanda və xaricdə otuzdan çox daşınmaz əmlak obyektinin əldə edilməsi halları araşdırılır.

XXX

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

“TV1” bu barədə “Sputnik Ermənistan”a “Ermənistan” blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.

Vergi xidməti Köçəryanlar ailəsinə məxsus “Toyota” salonunu möhürləyib. Həmçinin “Oranj fitnes” idman kompleksində istintaq hərəkətləri həyata keçirilir.

Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.

Qeyd edək ki, “Aysor”un Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən yaydığı məlumata görə, Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan saxlanılıb.

Bildirilir ki, Ermənistanın Antikorrupsiya Komitəsinin korrupsiya cinayətləri üzrə apardığı təhqiqat çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilib.

media-ads_728_90
Paylaş