Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 74-ə çatıb
Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 74 nəfər həlak olub.
“TV1” xəbər verir ki, Risaralda departamentində 40, Valye-del-Kaukada – 27, Kaldasda 3, Çokoda isə 4 nəfərin həlak olduğu bildirilir.
Axtarış-xilasetmə əməliyyatları davam etdiyi üçün həlak olanların sayı sürətlə artır.
7,4 maqnitudalı zəlzələ bu gün yerli vaxtla səhər saat 7:34-də Kolumbiyanın qərbində baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Kolumbiyanın paytaxtı Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində hiss olunub.
Qeyd edək ki, bu gün Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində ən çox zərər çəkmiş regionlar arasında Pereyra, Manisales və Kali yer alır. Həmçinin, bir neçə şəhərdə genişmiqyaslı dağıntılar və yaralananlar var. Zəlzələnin fəsadları ilə mübarizə aparmaq üçün Kolumbiya Silahlı Qüvvələri beş xilasedici dəstəni hazır vəziyyətə gətirib. Məlumata görə, zəlzələ həmçinin Valye-del-Kauka departamentindəki hərbi obyektlərə, xüsusən də Kali və Buenaventura şəhərlərindəki bölmələrə ziyan vurub. Zəlzələ nəticəsində Pereyra, Manisales, Kibdo və Buenaventura hava limanlarının fəaliyyəti dayandırılıb. Zəlzələnin ocağı 99 km dərinlikdə yerləşib.








