Konfrans Liqası: “Qarabağ” bu gün səfərdə Niderland klubu ilə qarşılaşacaq

media-ads_728_90

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyuna çıxacaq.

“TV1” xəbər verir ki, Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olacaq.

Oyun Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Matçı Albaniyadan olan baş hakim Yucin Caya idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.

media-ads_728_90
Paylaş