Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəlib
“Qarabağ” UEFA Konfrans Liqasında pley-offa yüksəlib.
“TV1” xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.
Ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-offa yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib – 6:0.








