"Konkret.az" – 7 illik uğur yolu

media-ads_728_90

Bu gün Azərbaycanın informasiya məkanında özünəməxsus yeri olan “Konkret.az” saytının fəaliyyətə başlamasının 7- ci ildönümüdür.

Yeddi il bir media qurumu üçün sadəcə rəqəm deyil, xəbər, reportaj, müsahibə, araşdırma və ən əsası, milyonlarla oxucu ilə qurulan etibar körpüsü, peşəkarlıqla qazanılan nüfuz, operativ informasiya uğrunda fasiləsiz zəhmət və cəmiyyət qarşısında daşıdığı məsuliyyətin uğurlu göstəricisidir.

Hörmətli həmkarlar, Sizə informasiya məkanında həyata keçirdiyiniz peşəkar fəaliyyətinizdə yeni-yeni uğurlar, obyektiv və operativ xəbərçilik missiyanızda davamlı nailiyyətlər arzulayırıq. Oxucularınızın etimadını daim doğruldan, cəmiyyətin informasiya təminatında mühüm rol oynayan fəaliyyətinizin bundan sonra da uğurla davam etməsini diləyirik.

TV1 kollektivi olaraq “Konkret.az” saytının rəhbərliyini və əməkdaşlarını bu gözəl gün münasibətilə təbrik edir, media sahəsində uğurlarının davamlı olmasını arzulayırıq.

 

media-ads_728_90
Paylaş