Konqoda Eboladan ölənlərin sayı 600-ə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 600-ə çatıb.
“TV1” xəbər verir ki, bu barədə Konqo Rabitə və Media Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.
“Epidemioloji nəzarət və tibbi yardımın göstərilməsi sistemlərinin gücləndirildiyi İturi, Şimali Kivu və Cənubi Kivuda Ebolaya qarşı mübarizə davam edir. Artıq 1 759 təsdiqlənmiş hal, 600 ölüm halı qeydə alınıb. 750 nəfər sağalıb ki, bu da müalicə mərkəzlərindən buraxılan pasiyentlərin demək olar ki, 94 %-ni təşkil edir”, – məlumatda bildirilib.
Qurumdan qeyd edilib ki, hazırda 285 nəfər müalicə alır.








