Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib.
“TV1” xəbər verir ki, bu barədə Krım rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, Krım və Sevastopolda regional xarakterli fövqəladə vəziyyət elan edilib.
Qərara əsasən, iqtisadi məsələləri tənzimləmək üçün verilib.
Respublika rəhbəri Sergey Aksenov bildirib ki, fövqəladə vəziyyətin hüquqi statusu əhalinin dolanışığını dəstəkləyən bütün sektorların sabit fəaliyyəti ilə bağlı məsələlərin ən sürətli həllinə imkan verir.
Qeyd edək ki, regionda bir müddətdir yanacaq böhranı yaşanır. Ukrayna tərəfi Rusiyanın Krım və Sevastopolu yanacaqla təmin etməsinə imkan vermir. Regiona gedən bütün yanacaq təminatı Ukrayna dronlarının hücumuna məruz qalır.








