La-Manş tunelinin Fransa tərəfində avtobus yük qatarı ilə toqquşub, 19 yaralı var
La-Manş tunelinin Fransa tərəfində avtobus və yük qatarının toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə “Sky news” telekanalı məlumat yayıb.
Bildirilib ki, sürücü də daxil olmaqla, mikroavtobusda 19 nəfər olub. Yaralananların ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə təcili tibbi yardım maşınları, yanğınsöndürənlər, polis və helikopter göndərilib.
Bildirilib ki, mikroavtobusla yük qatarı arasında toqquşma oktyabrın 15-i axşam saatlarında baş verib.








