Lavrov: “Ermənistan Sünik bölgəsi ilə bağlı razılaşmanı sabotaj edir”
“Rusiya razılaşmanın tezliklə əldə olunmasının və nəqliyyat əlaqələrindəki maneələrin aradan qaldırılmasının tərəfdarıdır”.
“TV1” “TASS”a istinadən xəbər verir ki, bunu Azərbaycan və Ermənistan arasında sülh sazişinə toxunan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Ermənistan administrasiyasının Sunik bölgəsindən keçən nəqliyyat əlaqələri ilə bağlı müqaviləni sabotaj etməsi təəssüf doğurur:
“Bu müqavilədə Ermənistanın baş naziri Nikol Paşinyanın imzası var. Bu yanaşmanın məqsədinin nə olduğunu anlamaq çətindir”.