Lənkəranda 3300 dəmirağacı əkilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Osakücə meşəbəyliyində ağacəkmə aksiyası keçirilib.
“TV1” xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 1 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiyanın əsas məqsədi yaşıllıqların artırılması, ekoloji tarazlığın təşviqi və ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına töhfə verməkdir.
Qeyd edək ki, aksiya çərçivəsində 1 hektar ərazidə 3300 ədəd dəmirağacı tingi əkilib, onlara aqro-texniki qulluq göstərilib və suvarılması təmin edilib.