Lənkərandakı tarixi qala bərpa ediləcək
Lənkəran şəhərində yerləşən Dairəvi qala bərpa ediləcək.
“TV1” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, hazırda bərpa prosesi ilə bağlı layihə-smeta sənədləri hazırlanır.
Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.