Leyla Abdullayeva Bricit Makronla görüşüb
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bir araya gəlib.
“TV1” xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
L.Abdullayeva qadın səfirlərin Fransa birinci xanımı ilə nahar görüşündə iştirak etdiyini bildirib.
Görüş zamanı qadınlar, uşaqlar, təhsil, səhiyyə və digər mühüm mövzular ətrafında səmimi müzakirələr aparılıb.
Azərbaycanlı diplomat görüşə və göstərilən qonaqpərvərliyə görə Bricit Makrona təşəkkür edib.
Səfir paylaşımında Bricit Makronla birgə fotosunu da paylaşıb.








