Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib

media-ads_728_90

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib.

“TV1” xəbər verir ki, açılış mərasimindən əvvəl Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və digər iştirakçıları qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Qeyd edək ki, oktyabrın 21–22-də keçiriləcək tədbirlərə 100-dən çox ölkənin nümayəndələri qatılıb.

Sammit Özbəkistanın təşəbbüsü ilə BMT Baş katibinin uşaqlara qarşı zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı ilə birgə təşkil olunub.

Sammitin yekununda Səmərqənd Bəyannaməsinin qəbul olunması gözlənilir.

media-ads_728_90
Paylaş