Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb
2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, nəticələr şagirdlərin şəxsi kabinetlərinə yerləşdirilib. Şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platformasında “İmtahanlar” bölməsindən tanış ola bilərlər.
Həmçinin hər bir şagird üçün sistemdə avtomatik sorğu yaradılıb. Şagirdlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilərlər.
Qəbul olunan şagirdlər sənədlərini (şəxsi işlərini) sentyabrın 7-si saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməlidirlər. Sənədlərini müəyyən edilmiş müddətdə təqdim etməyən şagirdlərin sorğuları 2 sentyabrdan etibarən sistemdən silinəcək və onların qəbul nəticələri etibarsız hesab olunacaq.
Lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək. Şagirdlər qəbul üzrə keçid balları ilə müvafiq sənəddən tanış ola bilərlər.








