Livanda baş verən partlayışlar nədən xəbər verir?
Son üç gün ərzində Livan ərazisində Hizbullah qruplaşmasının üzvlərinə məxsus peycerlərin, radiostansiyaların və digər simsiz rabitə vasitələrinin partlaması bir çox mətləblərə aydınlıq gətirir. Eyni zamanda notbuk, skuter və mobil telefonlar da partlayaraq öz sahiblərinin həyatına son qoyub.
“TV1” xəbər verir ki, Al Jazeera telekanalının yaydığı məlumata əsasən ümumilikdə üç min insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 500 insan görmə qabiliyyətini itirib. Həmçinin yeni elektron tabloları olan avtomobillərin də partlaması haqqında xəbərlər mövcudddur.
Ehtimallar görə İsrail dövlətinin xüsusi xidmət orqanları bəzi ölkələrə ixrac edilən bu tipli məhsullara PETN (penta eritrit tetra nitrat ) adlı partlayıcı yerləşdirib. Bu partlayıcı vasitə akkumlyatorun qızması ilə detonasiya verir.
Odur ki, akkumulyatoru çıxarıla bilməyən istənilin elektron qurğuda bu tipli partlayıcı vasitənin olma ehtimalı bir çox informasiya mənbələrində gündəm mövzusudur. Peyk vasitəsi ilə idarə olunan distansion bombalar demək olar hər birimizin evində məişət əşyası funksiyasını daşıyır. Elektromobil tipli nəqliyyat vasitələri də bu yanaşmada təhlükə mənbəyinə çevrilir. Demək olar ki, dünyanın istənilən nöqtəsində bu yolla hədəfi məhv etmək mümkündür.
Odur ki, ölkəyə ixrac olunan belə məhsulların mövcud reallıqda maksimal dərəcədə yoxlanılmasına ehtiyac yaranır. Əslində yeni təhlükə mənbələrinin yaratdığı problemlər hər bir ölkə üçün aktualdır. Çünki istehsalçıların adları məhsul üzərində qeyd olunsa da son anda kənar müdaxilənin mövcudluğu da faktdır.
Açıq məlumat mənbələrində belə partlayıcı vasitələr haqqında hələ 2010-cu ildən məlumatlar yayılsa da, ölüm saçan elektron qurğuların real tətbiqinə indi başlanılması bütün bəşəriyyət üçün təhlükəlidir. Belə halın dünyada yeni sənaye texnologiyalarının inkişafi üçün problem yaradacağı şübhəsizdir. Çünki son 24 saat ərzində yeni elektron qurğulu məişət əşyalarının, cihaz və qurğuların, həmçinin elektromobillərin satışı ilə məşğul olan şirkətlərin səhmlərinin qiymətləri aşağı enib. Ümumilkdə istehlak bazarında böyük təşviş yaranıb.