Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub - VİDEO

media-ads_728_90

Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bir aşırımlı körpü yolun 2.2-ci km-də sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində tikilib.

Görülən işlər nəticəsində yol hərəkətinin təhlükəsizliyi təmin olunub və nəqliyyat əlaqəsi tam bərpa edilib.

Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq icra olunub.

media-ads_728_90
Paylaş