Macarıstan dövlət televiziya kanalı üzr istədi - Orbanın dövründəki "illərlə davam edən yalanlar"a görə
Macarıstanın dövlət televiziya kanalı Orbanın dövründəki “illərlə davam edən yalanlar”a görə üzr istəyib.
“TV1” “Döyçe Velle”-yə istinadən xəbər verir ki, M1 xəbər kanalı iyulun 7-də yayımı dörd saat müddətinə dayandırıb.
Telekanalın efirində qara bir ekran peyda olub və üzərində bu sözlər əks olunub: “İctimai media yalan danışmamalıdır”.
“Bunu bu qədər illər ərzində etdiyimiz üçün üzr istəyirik!”
Televiziya kanalı axşam saatlarında yayımı bərpa edib, lakin xəbər proqramları olmadan. Kossuth dövlət radiostansiyası xəbərlər əvəzinə musiqi yayımlayıb.
Macarıstanın Media Dəstəyi və Aktivlərin İdarə Edilməsi Fondu (MTVA) bildirib ki, ictimai media qurumları “müstəqil və etibarlı olmaq üçün” yenidən fəaliyyətə başlayacaq.
Macarıstanın Baş naziri Peter Magyar 7 iyulun “tarixi gün” olduğunu bəyan edib.
“Dövlət media platformalarında təbliğat yayımı bu gün başa çatır”, – deyə P.Magyar Facebook-da yazıb.








