media-1200x100

Metroda qatarların hərəkəti ləngiyib

media-ads_728_90

Metronun “28 May” – “Nizami” stansiyalarının tunel yolunda qatar maşinisti tüstüləmə müəyyən edib və dərhal dispetçerə məlumat verib.

“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov bildirib ki, Bakı metrosunda normativ tələblərə əməl olunaraq dərhal yüksəkgərginlikli xətt çıxarılıb.

“Daha sonra FHN-in yanğınsöndürmə qrupu dəvət edilib. Metronun “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb. Tüstüləmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlandırma kabelində tüstüləmənin qarşısı alınıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. “Nizami” stansiyasında sərnişinlərin buraxılışı təmin edilib. Qatarların hərəkət intervalı tənzimlənir”, – deyə B.Məmmədov əlavə edib.

media-ads_728_90
Paylaş