Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb, daha üç nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə ABC News xəbər yayıb.
Məlumata əsasən, hadisə yerində bir nəfərin meyiti aşkarlanıb, daha bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
“Hadisəni törətməkdə şübhəli bilinən atəş açan şəxs ölüb. Bunun necə baş verdiyi hələlik məlum deyil”, – deyə telekanal Minneapolis Polis Departamentinin nümayəndəsi Qaret Partenin sözlərini sitat gətirib.








