Misirin məşhur aparıcısı edama məhkum edilib

media-ads_728_90

Misir məhkəməsi tanınmış televiziya aparıcısı Sara Xalifa və daha 11 təqsirləndirilən şəxsə narkotik istehsalı və qaçaqmalçılığı ittihamı ilə ölüm hökmü çıxarıb.

“TV1” xəbər verir ki, bu barədə “Əl-Əhram” telekanalı məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxslər narkotik istehsalı üçün xammal alınması ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat yaratmaqda ittiham olunublar.

İstintaq zamanı 750 kq-dan çox narkotik maddə və onların istehsalı üçün xammal müsadirə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin narkotik laboratoriyalarına çevrilmiş iki mənzil və lisenziyasız silah və sursat arsenalını aşkar ediblər.

Qeyd edək ki, Xalifa ötən ilin aprelində Qahirədə saxlanılıb.

media-ads_728_90
Paylaş