Moldovanın Baş naziri istefa verib

media-ads_728_90

Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verdiyini elan edib.

“TV1” xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə bildirib.

“Mən Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və vəziyyətin yaxşılaşmasına töhfə verə biləcəyimə qəti əminliklə qəbul etdim. Sadiq qaldığım prinsip və əqidələrə uyğun olaraq öz mandatımı artıq icra edə bilməyəcəyimi anladığım an getmək qərarına gəldim. Harada yaşayacağımdan və ya hansı vəzifələri yerinə yetirəcəyimdən asılı olmayaraq, istər dövlət, istərsə də özəl sektorda, olacağım istənilən mövqedən öz ölkəmə xidmət etməyə davam edəcəyəm”, – o qeyd edib.

Muntyanu 2025-ci il noyabrın 1-i Moldovanın Baş naziri olub. Ölkə Prezidenti Maya Sandu onun bu vəzifəyə namizədliyinin irəli sürülməsi haqqında fərmanı 2025-ci il oktyabrın 24-ü imzalayıb.

media-ads_728_90
Paylaş